-
- 15-08-2023, 19:35
- 369
Bakı yolları yeni məktəb ilinə HAZIRDIRMI?
Yeni tədris ilinin başlamasına 1 aydan az müddət qalıb. Hər il olduğu kimi yeni tədris ilinin başlaması ilə Bakı şəhər sakinləri də ağır tıxaclardan əziyyət çəkməyə başlayır. Bəs, qarşıdakı yeni tədris ilində şəhərin vəziyyəti necə olacaq?
Mövzu ilə bağlı News24.az-a danışan nəqliyyat eksperti Rövşən Həsənov bildirdi ki, bu ildə vəziyyət ötən illərdən fərqli olmayacaq:
"Qarşıdakı tədris ilində nəqliyyatdakı sıxlığın aradan qaldırılması sahəsində heç bir fərq olmayacaq. Vəziyyət günü-gündən də pisləşir. Bütün orta və ali məktəblər şəhərin mərkəzinə toplanıb. Nə qədər ki, bu təhsil ocaqları şəhərdən kənara köçürülməyib sıxlıq həmişə davam edəcək. Çoxmərtəbəli binalarda yaşayan ailələrin əksəriyyətini uşaqlı ailələrdir. Hər evdə 1 nəfər məktəbə gedən uşaq varsa, onlar da təhsil ocaqlarına maşınla aparılırsa, deməli orta hesabla hər ailəyə 1 maşın düşür. Bu da şəhərdə əsas tıxac yaradan amillərdəndir. Digər bir səbəb isə tikinti bumu zamanı avtomobillərin dayanması nəzərə alınmayıb. Eyni zamanda şəhərsalmada ciddi problemlərimiz var".
Onun sözlərinə görə, yol polisi yeni tədris ilinin başlanğıcında tədbirlər görsə də, ciddi fərq hiss edilməyəcək.
Ekspert əlavə edib ki, tıxacın qismən aradan qaldırılması uzun müddətli prosesdir və bir amildən asılı deyil.
Qumral Əliyeva