İki saatdan sonra Sibel Can Bakıda
    • 7-03-2019, 10:58
    • 1 443

İki saatdan sonra Sibel Can Bakıda

Bir necə saatdan sonra Türkiyənin məşhur müğənnisi Sibel Can Bakıda olacaq.

News24.az xəbər verir ki, Sibel Canın təyyarəsi bu gün saat 13:00-da Heydər Əliyev adına Hava Limanına enəcək. Tanınmış müğənni paytaxtımızda olduğu müddətdə şəhərin tarixi yerlərini, muzeylərini və bir çox məkanları gəzəcək.
Sibel Can paytaxtımıza oğlu Engincan Uralla təşrif buyuracaq. Bu, Engincanın vətənimizə ilk səfəridir. O, öz istəyi ilə anasından paytaxtımıza gəlməyi xahiş edib.

Xatırladaq ki, "Liatris Holding"in təşəbbüsü, "Liatris Production"ın təşkilatçılığını etdiyi konsert sabah - "8 Mart" Beynəlxalq Qadınlar Günü Bakı Konqres Mərkəzində olacaq.

Azərbaycanlı pərəstişkarları üçün sevilən mahnılarını səsləndirəcək ifaçının konsertinə artıq sayılı biletlər qalıb. Konsertdən 1 gün əvvəl paytaxta təşrif buyuran ifaçı tanınmış iş xanımı, Sibel Canın Bakı konsertinin təşkilatçısı Ruhi Əliyevanın qonağı olacaq.  

Qeyd edək ki, Sibel Canı canlı dinləmək istəyənlər biletləri şəhərin kassaları və iticket.az saytından əldə edə bilər.