Messi yenə QOL VURDU
    • 16-08-2023, 10:06
    • 254

Messi yenə QOL VURDU

Səfərdə "İnter Mayami"nin futbolçuları Liqa Kubokunun yarımfinal görüşündə "Filadelfiya"dan güclü olub. Amerika Çester şəhərində keçirilən görüş 4:1 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

News24.az xəbər verir ki, qaliblər sırasında qolları Jozef Martines (3-cü dəqiqə, penaltidən), Lionel Messi (20), Xordi Alba (45+3) və David Ruiz (84) vurub. Meydan sahiblərinin heyətində Alexandro Bedoya (73-cü) fərqlənib.

Messi yeni klubunda altıncı oyununu keçirib və hər birində fərqlənməyi bacardı. Ümumilikdə argentinalının 9 qol və bir məhsuldar ötürməsi olub.