Lionel Messi yolu QIRMIZI İŞIQDA KEÇDİ - VİDEO
    • 15-07-2023, 13:47
    • 537

Lionel Messi yolu QIRMIZI İŞIQDA KEÇDİ - VİDEO

Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messi ABŞ-da az qala yol qəzasına düşəcəkdi.

News24.az
xarici mətbuata istinadən xəbər verir ki, hadisənin görüntülərini Arsen Versen Telegram kanalı yayıb.

Argentinanın “TyC Sports” telekanalı Messinin “İnter Mayami”nin məşq meydançasından ağ yolsuzluq avtomobili ilə çıxmasını lentə alıb və argentinalının avtomobilinin qırmızı işıqda keçdiyi anı lentə alıb. Futbolçunun idarə etdiyi avtomobil yol ayrıcına doğru gedib və az qala başqa avtomobillə toqquşacaqdı, lakin qəzanın qarşısı alınıb.

Qeyd edək ki, iyul ayında MLS-dən İnter Mayami argentinalının pulsuz transferini elan edib. Messinin təqdimat mərasimi iyulun 16-da baş tutacaq.

Son iki ildə Messi Paris Saint-Germain-də çıxış edib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa kimi hesablanıb. Ümumilikdə, ötən mövsüm Messi Fransa çempionatında 32 matçda 16 qol vurub və 16 məhsuldar ötürmə edib .

Bundan əvvəl o, 18 il "Barselona"nın strukturunda olub və onunla 10 dəfə İspaniya çempionatının, 7 dəfə ölkə kubokunun və 4 dəfə Çempionlar Liqasının qalibi olub. Argentinalı yeddi dəfə “Qızıl top”u qazanıb.

Aynurə