İrəvan xanının varisi NAXÇIVANDA

İrəvan xanının varisi NAXÇIVANDA
MƏDƏNİYYƏT

Baxış: 527 \ Tarix: 16-08-2023, 14:54

Mətn ölçüsü

İrəvan xanının varisi Əmir Əli Sərdari İrəvani Naxçıvana gəlib.

Komitədən News24.az-a verilən məlumata görə, səfər Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə reallaşıb.

O da qeyd olunub ki, Ə. Sərdari İrəvani “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsində məruzəçi kimi çıxış edəcək. 

Naxçıvana gəlişinin ilk günündə Naxçıvanın görməli yerləri ilə tanış olan qonaq təəssüratlarını bölüşüb:

“Mənə bu fürsəti yaratdıqları üçün Komitəyə təşəkkür edirəm. Doğum günümə ən yaxşı hədiyyə Naxçıvanda, İrəvanın sərhədində Ağrı dağına baxmaq oldu. Mən əcdadlarıma yaxın olduğumu hiss etdim. Təsəvvür edə bilmirəm ki, bir vaxtlar əcdadlarım orada at çapıb, düşmənləri ilə vuruşublar. Burada olmaq gözəl hissdir”. 

Fərid Azəri