Ağ Evin mətbuat katibi senatorun soyadını və cinsini QARIŞDIRDI
    • 16-08-2023, 12:54
    • 164

Ağ Evin mətbuat katibi senatorun soyadını və cinsini QARIŞDIRDI

Ağ Evin mətbuat katibi Karine Jean-Pierre iki senatorun adını düzgün tələffüz edə bilməyib və onlardan birinin cinsini qarışdırıb. Bu barədə Fox News xəbər verir.

News24.az xəbər verir ki, hadisə Havay adalarında yanğınlarla bağlı vəziyyətə dair mətbuat konfransı zamanı baş verib. Sözçü bildirib ki, ABŞ prezidenti Co Bayden hadisələri izləyir və həm ştat senatorları Maisie Hirono, həm də Brian Schatz ilə əlaqə saxlayır.

Lakin o, hər iki senatorun adını düzgün tələffüz edə bilməyib və Meysi Hirononu da kişi adlandırıb.

Aynurə