-
- 28-11-2018, 11:46
- 827
Havay adalarında səhvən raket təhlükəsi həyəcanı elan edildikdən sonra infarkt keçirən kişi ştatı məhkəməyə verib
Bu ilin yanvar ayında Havay adalarında səhvən raket təhlükəsi həyəcanı elan edildikdən sonra infarkt keçirən kişi ştatı məhkəməyə verib.
Bu barədə "Star Advertiser" nəşri yazıb.
Nəşrin məlumatına görə, Ceyms Şon Şilds və onun rəfiqəsi Brenda Reyçel səhvən verilən həyəcan siqnalının kişidə infarkta, ştat sakinləri arasında isə vahiməyə səbəb olması ilə əlaqədar ştata və Havay adalarının Fövqəladə Hallar Agentliyinin sabiq administratoru Vern Miyaqiyə qarşı iddia qaldırıb.
Xatırladaq ki, yanvarın ortalarında Havay adalarının sakinləri arasında ştata doğru ballistik raket uçduğu barədə məlumat yayılmış, ancaq sonradan məlumatın səhvən göndərildiyi elan edilmişdi.
//Report