Arvadını öldürüb polisə təslim oldu

Arvadını öldürüb polisə təslim oldu Kriminal
Avqustun 16-da saat 15 radələrində Salyan rayonu Arbatan kəndində 1998-ci il təvəllüdlü İbrahimova Günel Qurban qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan News24.az-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının həyat yoldaşı 1993-cü təvəllüdlü İbrahimov Qaraş Rabil oğlu könüllü polisə gələrək təslim olub. 

Faktla bağlı araşdırma aparılır.