Meteohəssas insanların NƏZƏRİNƏ - Sabaha olan hava proqnozu
    • 7-03-2019, 13:34
    • 643

Meteohəssas insanların NƏZƏRİNƏ - Sabaha olan hava proqnozu

Martın 8-nə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecədən başlayan yağışın gündüz kəsiləcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 8 dərəcəyə yaxın isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95, gündüz 60-70 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 8-də bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti təşkil edəcək.

Martın 8-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.