Uşaqlı ailələrin borcları silinə BİLƏR
    • 17-08-2023, 10:34
    • 550

Uşaqlı ailələrin borcları silinə BİLƏR

Rusiyada uşaqlı ailələr üçün kredit amnistiyasının tətbiqi məsələsinə baxılır.

News24.az xəbər verir ki, Dövlət Dumasının təhsil komitəsi sədrinin birinci müavini Yana Lantratova belə bir təkliflə baş nazir Mixail Mişustinə müraciət edib.

Lantratova qeyd edib ki, mayın 1-nə Rusiya vətəndaşlarının banklara borcu 30,22 trilyon rubla çatıb, kreditləşmənin səviyyəsi ilin əvvəli ilə müqayisədə 41%-ə yüksəlib. Ölkədə yoxsulların ümumi sayının 80%-dən çoxu isə dövlət dəstəyinə ehtiyacı olan uşaqlı ailələrdir.

Lantratova borclulardan asılı olmayan səbəblərdən gəlirlərin azalması halında borcların birdəfəlik silinməsi hüququnun verilməsini də təklif edib.

Aynurə