"Nikosayağı" ilə Ruslanın ailəsi DALAŞIB? - VİDEO
    • 17-08-2023, 11:50
    • 565

"Nikosayağı" ilə Ruslanın ailəsi DALAŞIB? - VİDEO

“Niko özünə gəlib. Reanimasiyadadır. Danışır. İlk soruşduğu sual Ruslan oldu. Onun vəfat etdiyindən xəbəri yoxdur”.

News24.az RTV-yə istinadla xəbər verir ki, bu sözləri blogerin dostu, rəqqas Ramil Qasımov deyib. O, sosial şəbəkə paylaşımında bildirib:

“Vəziyyəti stabildir. İnşallah, palataya köçürüləndə yanına gedəcəyik. Guya deyirlər, ailələr arasında dava düşüb. Elə şeylərə inanmayın, yalan məlumatdır. Allah rəhmət eləsin, Ruslana”.

Qeyd edək ki, avqustun 15-i gecə saatlarında "Nikosayağı" adı ilə tanınan bloger Nicat Şakirli Nizami rayonu, Heydər Əliyev prospektində ağır qəzaya düşüb. Nəticədə Nicat Şakirli xəsarət alıb, onun sərnişini, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Sürücü Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.