Vətən müharibəsi şəhidinin anası vəfat etdi - FOTO
    • 17-08-2023, 11:32
    • 342

Vətən müharibəsi şəhidinin anası vəfat etdi - FOTO

44 günlük Vətən müharibəsində şəhid olan İsə Orucovun anası vəfat edib.

News24.az 
Metbuat.az xəbər verir ki, bu barədə Elyar İslamoğlu feysbuk hesabında məlumat paylaşıb.

Qeyd edək ki, İsə Orucov Vətən müharibəsində atıcı olaraq iştirak edib. Suqovuşanın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. İsə Orucov 27 oktyabr 2020-ci ildə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 29 oktyabr tarixində doğulduğu Şəmkir rayonunun Seyfəli kəndində dəfn olunub.

O, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medalları, "Vətənə xidmətə görə" ordeni təltif olunub.