Şəhid anası vəfat etdi
    • 29-08-2022, 11:04
    • 397

Şəhid anası vəfat etdi

Şəhid Anar Məmmədovun anası vəfat edib.

News24.az-ın məlumatına görə, Şuşa uğrunda dğyüşlərdə qəhrəmancasına şəhid olan Anar Məmmədovun anası Aybəniz xanım Gəncə şəhərində dünyasını dəyişib.  Mərhum doğulduğu Tovuz rayonunda dəfn edilib. 

Qeyd edək ki, Anar Məmmədov 1995-ci il avqustun 12-də Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb, 2017-2019-cu illərdə isə həmin universitetdə magistr dərəcəsi alıb. Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Məmmədov noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub. Anar Məmmədov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.