"Dünyada yalnız gücə hörmət edilir" —  Lukaşenko
    • 17-08-2023, 12:40
    • 156

"Dünyada yalnız gücə hörmət edilir" — Lukaşenko

Belarus prezidenti Aleksandr Lukaşenko Çin Xalq Respublikasının müdafiə naziri, general-polkovnik Li Şanfu ilə görüşüb.

News24.az
xəbər verir ki, o, görüşdə bildirib ki, dünyada təlatümlü hadisələr baş verir, ona görə də güclü olmaq lazımdır.

“Təəssüf ki, bizim günahımız olmadan bu gün dünya tamamilə qeyri-sabitdir. Dünyada çox güclü təlatümlü hadisələr baş verir. Və biz güclü olmalıyıq. Çünki gücə həmişə hörmət edilir. Biz öz siyasətimizdə güclü iqtisadiyyata və güclü diplomatiyaya əsaslanırıq. Bu baxımdan biz ilk növbədə dostlarımıza güvənirik”, - Lukaşenko bildirib.

Prezident vurğulayıb ki, Belarusla Çin arasında münasibətlər üçüncü dövlətlərə qarşı yönəlməyib.

Aynurə