ÖZƏL: Sibel Can Bakıda - Ruhi Əliyeva türk sənətçisini şəxsən qarşıladı - FOTO
    • 7-03-2019, 14:12
    • 2 127

ÖZƏL: Sibel Can Bakıda - Ruhi Əliyeva türk sənətçisini şəxsən qarşıladı - FOTO

Xəbər verdiyimiz kimi, sabah Bakı Konqress Mərkəzində Türk dünyasının sevilən ifaçısı Sibel Can konsert proqramı ilə çıxış edəcək.

News24.Az
bildirir ki, bu münasibətlə Sibel Can artıq Bakıdadır. Sənətçi oğlu Engincan Uralla Bakıya konsertdən 1 gün əvvəl gəlib. 
"Liatris Holding"in rəhbəri, iş xanımı Ruhi Əliyeva Sibel Can və oğlunu Hava Limanında şəxsən qarşılayıb. Hər iki tanınmış xanım bir-birilərinə sevgi və hörmətlərini ifadə edib, bu günə olan qrafiklərini planlaşdırıblar. 
“Bakıya 1 gün əvvəldən gəlməyimə çox məmnunam. Engincanın istəyi sayəsində bu gün Bakını gəzmək şansı əldə edəcəm” – deyən Sibel Can yenidən Bakıya gəlməsindən məmnunluq duyduğunu, konsertin təşəbbüskarı olduğu üçün Ruhi xanıma dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, Ruhi xanım Əliyevanın müşayiəti ilə Sibel Can və Engincan Ural konsert öncəsi Bakının maraqlı yerlərini birgə gəzəcəklər. 
News24.Az gün boyu Ruhi Əliyeva və Sibel Canın olduqları məkanlardan görüntüləri oxuculara təqdim edəcək.

Azər NƏSİBOV