Təhlükəsizlik Şurası “Vaqner”ə görə toplandı
    • 17-08-2023, 13:48
    • 161

Təhlükəsizlik Şurası “Vaqner”ə görə toplandı

Latviya prezidenti Edqars Rinkeviç açıqlayıb ki, ölkənin şərq sərhədindəki vəziyyəti və “Vaqner”in Belarusda yerləşməsini müzakirə etmək üçün Milli Təhlükəsizlik Şurası iclasa çağırılıb.
 
News24.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. 
 
"Bu gün mən Milli Təhlükəsizlik Şurasının iclasını çağırdım, gündəmdə hibrid müharibə kontekstində cəza siyasəti, şərq sərhədindəki vəziyyət və Belarusda Vaqner qrupunun olması var", - Rinkeviç bildirib. 
 
Qeyd edək ki, bundan əvvəl ölkə hökuməti elan etmişdi ki, Latviya avqustun 11-dən altı ay müddətində ölkəyə qeyri-qanuni giriş hallarının artması ilə əlaqədar Belarusla həmsərhəd əyalətlərdə sərhəd nəzarəti rejimini gücləndirir. Latviyanın Dövlət Sərhəd Xidməti qeyri-qanuni miqrasiya axınının artması ilə əlaqədar sərhədçilərin əlavə səfərbərliyi və əməkdaşların məzuniyyətdən geri çağırıldığını açıqlayıb.

 
Ayşən