Dreykdən yeni rekord
    • 17-08-2023, 23:03
    • 234

Dreykdən yeni rekord

Dünyaca məşhur reper Dreyk rekordlar qırmağa davam edir.

News24.az xəbər verir ki, reper tarixdə ən nüfuzlu "Billboard Hot 100" hit-paradlarından birində yer alan "The Beatles" qrupunu geridə qoyub.

Kanadalı sənətçi ilk beşliyə daxil olan 30-dan çox trekin sahibi olub.

Beləliklə, Dreyk "The Beatles" qrupunun köhnə rekordunu qırdı. İngilis musiqiçiləri bir vaxtlar bu qrafikə çatan 29 mahnı buraxmışdılar. İndi onlar ikinci yerdədirlər. Qrupun ardıncı Madonna, Meray Kerri, Canet Cekson, Rihanna və Elvis Presli gəlir/ Axşam.az/