"Nikosayağı"nın həyat yoldaşından: Ruslanla bağlı təsirli PAYLAŞIM
    • 18-08-2023, 09:08
    • 580

"Nikosayağı"nın həyat yoldaşından: Ruslanla bağlı təsirli PAYLAŞIM

Xəbər verdiyimiz kimi, bloger, sosial şəbəkələrdə “Nikosayağı” kimi tanınan Nicat Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə Heydər Əliyev prospektində Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb. Nəticədə avtomobildə olan Nicat Şakirlinin dostu, Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Ruslan Məmmədov ölüb. Sürücü Nicat Şakirli və Fəxri Rüstəmov TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.

News24.az xəbər verir ki, “Nikosayağı”nın həyat yoldaşı qəzada vəfat edən Ruslan Məmmədovla bağlı instaqramda paylaşım edib.

Paylaşımda deyilir:
"Bu həyatda ən acı günləri yaşayırıq. Tək Allah bilir ki, biz dost yox, Ruslanı bir qardaş kimi, əmi kimi ailəmizdən biri olaraq itirdik. Mən əminəm ki, ki qardaş da istəməzdi ki, vidalaşsınlar. Allah sənə rəhmət eləsin, qardaşım. Ailənə və bizə səbr versin".
Aynurə