Sahil Babayev işgüzar xanımları təbrik edib
    • 7-03-2019, 15:45
    • 804

Sahil Babayev işgüzar xanımları təbrik edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə özünüməşğulluq proqramı çərçivəsində uğurlu şəkildə öz biznesini quran Solmaz Şirəliyeva, Arzu Çapkın və Məlahət Əliyeva ilə onlara məxsus istehsal və xidmət sahələrində görüş keçirib.

News24.az xəbər verir ki, Sahil Babayev nazirlik adından onları təbrik edib, xoş arzularını çatdırıb. Xanımlara gül və hədiyyələr təqdim edilib. Nazir görüş zamanı bildirib ki, keçən il özünüməşğulluq proqramına 1300-dən çox qadın cəlb olunub, cari ildə bu göstərici daha da artacaq: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramının iştirakçılarının mühüm bir hissəsinin qadınlardır. 2018-ci ildə 7267 nəfər proqram iştirakçısından 1309 nəfərini qadınlar təşkil edib. Cari ildə bu göstərici daha da artacaq. Proqram çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına,öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaradıb. Nazir qeyd edib ki, proqram iştirakçılarının verilmiş aktivlər hesabına uğurlu şəkildə öz kiçik biznes sahələrini yaratmaları, gəlirlərini artırmaq imkanlarına yiyələnmələri bu proqrama müraciətlərin, o cümlədən qadınlar tərəfindən marağın dəfələrlə artmasına səbəb olub: “Təbii ki, buna uyğun olaraq özünüməşğulluq proqramı iştirakçılarının, həmçinin proqrama cəlb olunan qadınların sayı da getdikcə artacaq”.

Sevinc YASİNQIZI