Hatay əhalisi yeni fəlakətlə ÜZ-ÜZƏ
    • 18-08-2023, 11:51
    • 209

Hatay əhalisi yeni fəlakətlə ÜZ-ÜZƏ

Zəlzələ nəticəsində ağır fəlakətlə üzləşən Hatay daha bir fəlakətlə üz-üzə qalıb.

News24.az xəbər verir ki, ötən gün Hatayın Hassa rayonunda temperatur 50 dərəcəyə çatıb. 

Zəlzələ nəticəsində su şəbəkəsi zədələndiyi üçün qızmar istilərdə Hatay həm də susuz qalıb.  Şəhərə gələn su tankerlərinin qarşısında uzun növbələr yaranır. Çox insanın işsiz qalması səbəbindən su almaqda da çətinlik çəkirlər.  

Şəhərin səlahiyyətli nümayəndələri bildirib ki, dağıntıların söküntüsü zamanı su qurğuları zədələnib:

"Söküntü zamanı binaların altındakı qurğular dağılıb, zəlzələ su mənbələrinin yerini dəyişib, bəzi su mənbələri quruyub. Hər kəsin faydalana biləcəyi sərin çadırlara əhəmiyyətli ehtiyac var".

Qumral