Azərbaycanlı hərbçi HƏLAK OLDU - FOTO
    • 18-08-2023, 11:59
    • 705

Azərbaycanlı hərbçi HƏLAK OLDU - FOTO

Ukrayna Silahlı Qüvvələrinin cənub birləşmələrinin azərbaycanlı hərbçisi Əliyev Rafiq Hacıqulu oğlu Zaporojye istiqamətində həlak olub.

News24.az "Report"a istinadən xəbər verir ki, əslən Azərbaycanın Astara rayonunun Pensər kəndindən olan 1981-ci il təvəllüdlü Ukrayna vətəndaşı R.Əliyev bir müddət əvvəl itkin düşüb. Bu yaxınlarda isə onun meyiti tapılıb.

Hazırda onun nəşi cənub istiqamətində morqların birindədir.

R.Əliyev müharibəyə qədər Ukraynada Luqansk vilayətinin sakini olub.