Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak oldu - FOTO

Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi həlak oldu - FOTO
Dünya

25-10-2022, 10:14

Mətn ölçüsü

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı çavuşu Orucov Rəşad Əliqulu oğlu Donetsk vilayəti istiqamətində həlak olub.

News24.az "Report"a istinadən bildirir ki, 1989-cu il təvəllüdlü azərbaycanlı hərbçi Ukraynanın Xmelnitsk vilayətində doğulub böyüyüb.

O, 2014-cü ildən etibarən Ukrayna ordusunda müddətdən artıq çavuş kimi xidmət edirdi.

R. Orucov böyüdüyü vilayətdə dəfn olunub.