Sosial şəbəkələrin azsaylı üzvləri "8 marş" yürüşünə çağırış ediblər
    • 7-03-2019, 16:51
    • 973

Sosial şəbəkələrin azsaylı üzvləri "8 marş" yürüşünə çağırış ediblər

Sosial şəbəkələrin azsaylı üzvləri, özlərini “Feminist qadınlardan ibarət təşəbbüs qrupu” adlandıran “8 Marş - Zoraklığa Qarşı Get” iventi yaradıb, paytaxt ərazisində “8 Marş” yürüşü keçirmək barədə çağırış edirlər. 

Bu barədə News24.az-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib. İdarədən bildirilib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə görə, kütləvi aksiyaların keçirilməsi üçün təşkilatçılar müvafiq icazə alınması ilə bağlı məsələlərin razılaşdırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada müracət etməlidir:
“Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan hər hansı kütləvi aksiyanın təşkili və keçirilməsi hüquq pozuntusu olmaqla, müvafiq məsuliyyət yaradır”.
İdarədən o da qeyd edilib ki, paytaxt ərazisində razılaşma olmadan hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaq.