-
- 18-08-2023, 15:46
- 2 720
Qarabağdakı kütləvi məzarlıqlardan tapılan 15 meyitin şəxsiyyəti müəyyən edilib - SİYAHI
"Bu günədək Qarabağda aşkarlanan kütləvi məzarlıqlardan tapılan meyitlərin 15-nin şəxsiyyəti müəyyən edilib"
News24.az xəbər verir ki, bunu Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bildirib.
"4000 itkinin müqabilində bu rəqəm azdır. Amma bu başlanğıcdır. Proses davam etdirilir. 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir",- deyə İ.Axundov əlavə edib.
O deyib ki, bu şəxslərdən 2 nəfərin meyiti dəfn olunub:
"Meyitləri aşkarlanmış hərbçilərin dəfni Hərbi Nizamnamənin tələblərinə uyğun həyata keçirilir. Mülki şəxslərin dəfnini isə yerli icra hakimiyyəti icra edir. İndiyədək ümumilikdə aşkarlanan qalıqlardan 120-nin qalıqları qarışıq halda təhvil verilib. Onlar normalardan kənar qazıntı aparılaraq torpalara yığılıb. Ona görə də bu qalıqların şəxsiyyətinin müəyyənləşdirilməsi çətinlik yaradır".
Kimliyi müəyyən edilənlərin siyahısını təqdim edirik:
İbrahimov Vəliyyəddin Səhləb oğlu
Abdullayev Nurəli Hacıbaba oğlu
Qurbanov Nofəl Nəriman oğlu
Rüstəmov Araz Bağır oğlu
Abbasov Məhərrəm Abbas oğlu
Niftəliyev Adil Kamal oğlu
Qarayev Qafar Qənbər oğlu
Hüseynov Əli Heydər oğlu
Hüseynov Gülverdi Ağahüseyn oğlu
Mikayılov Baba Balakişi oğlu
İsayeva Sənəm Həsən qızı
Əzizov Yusif İsmayıl oğlu
Musayev Mehman Kamal oğlu
Allahverdiyev Şəmsəddin Əvəz oğlu
Məmmədov Əsəd Məmməd oğlu
Fərid Azəri