Ermənistan Azərbaycana 117 nəfərin qalıqlarını verdi - 67 kisə...
    • 13-03-2023, 15:29
    • 213

Ermənistan Azərbaycana 117 nəfərin qalıqlarını verdi - 67 kisə...

Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında 2021-ci ilin fevralından 2022-ci ilin dekabrınadək erməni tərəfi Azərbaycana işərisində insan qalıqları olan 67 kisə verib.

News24.az xəbər verir ki, bu barədə jurnalistlərə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşların işi üzrə Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri İsmayıl Axundov bildirib.

"Aparılan və təyin edilən müvafiq ekspertizalar nəticəsində qarışıq qalıqların 117 nəfərə məxsus olduğu müəyyən edilib", - Axundov vurğulayıb.