Şuşa həbsxanasında 37 insan qalığı AŞKARLANIB
    • 18-08-2023, 16:03
    • 184

Şuşa həbsxanasında 37 insan qalığı AŞKARLANIB

"İşğaldan azad olunan ərazilərdəki kütləvi məzarlıqlarla bağlı işlər davam etdirilir"

News24.az  xəbər verir ki, Bunu bu günkü mətbuat konfransında Hərbi Prokurorluğun şöbə müdiri Emil Tağıyev bildirib.

O həmçinin aşkarlanan insan qalıqlarından bəzilərinin şəxsiyyətinin müəyyən olunduğunu vurğulayıb:

"Şuşa ərazisində 28, Edilli kəndində 27, Sarıcalıda 6, o cümlədən Şuşa həbsxanasının ərazisində ümumilikdə 37 şəxsə aid qalıqlar aşkarlanıb. İşğaldan azad olunmuş ərazilərdə indiyədək 500-ə yaxın şəxsə aid olan insan qalıqları tapılaraq ekspertizaya təqdim olunub. Onların bəzilərinin ekspertizası üzrə nəticələri artıq məlumdur. Yəni, bir sıra qalıqların aid olduğu insanların şəxsiyyəti artıq müəyyən edilib. Bəzi qalıqların isə ekspertizası davam etdirilir".

Fərid Azəri