Azərbaycan voleybol millisi Avropa çempionatına qələbə ilə başladı
    • 18-08-2023, 23:33
    • 206

Azərbaycan voleybol millisi Avropa çempionatına qələbə ilə başladı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb.

News24.az-ın məlumatına görə, C qrupunda yer alan yığma Almaniyanın Düsseldorf şəhərində reallaşan görüşdə Çexiyanı asanlıqla məğlubiyyətə uğradıb.

Ataman Güneyligilin yetirmələri hər üç setdə rəqibi üstələyiblər - 3:0 (25:21, 25:10, 25:15).

Qrupun digər qarşılaşmasında Türkiyə komandası İsveçi eyni hesabla məğlub edib.