Keçiddə vurulan uşaqlardan biri dünyasını - DƏYİŞDİ

Keçiddə vurulan uşaqlardan biri dünyasını - DƏYİŞDİ Hadisə
Nijni Novqorod vilayətinin Dzerjinsk şəhərinin Lenin prospektində dəhşətli qəza baş verib.

News24.az xəbər verir ki, “Opel” markalı avtomobili idarə edən qadın yeddi və altı yaşlı iki uşağı vurub.

Hadisə şahidlərinin sözlərinə görə, yol-nəqliyyat hadisəsi nizamlanmayan piyada keçidində baş verib.

Rusiya Daxili İşlər Nazirliyinin regional Baş İdarəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, xəsarət alan qız xəstəxanada dünyasını dəyişib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Aynurə
Keçiddə vurulan uşaqlardan biri dünyasını - DƏYİŞDİ