14 yaşlı qıza qeyri-etik hərəkətlər edənlər həbs olundu

14 yaşlı qıza qeyri-etik hərəkətlər edənlər həbs olundu Hadisə

Ağsu rayonunda yetkinlik yaşına çatmayan şəxslə bağlı törədilmiş qanunazidd əməllərə görə iki nəfər cinayət məsuliyyətinə cəlb edilib. 

News24.az xəbər verir ki, rayonda iki nəfər rayon sakini 2011-ci il təvəllüdlü Günel Məmmədovaya (ad və soyad şərtidir) qarşı əxlaqa və qanunvericiliyin tələblərinə zidd hərəkətlər törədib.

Polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı V.İlyasov və 26 yaşlı R.Vəlizadə müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, onlar təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunaraq, barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq tədbirləri aparılır.