Zelenski İsveçə səfər edib
    • 19-08-2023, 13:25
    • 177

Zelenski İsveçə səfər edib

Ukrayna prezidenti Vladimir Zelenski həyat yoldaşı Yelena Zelenskaya ilə birlikdə İsveçə səfər edib.

News24.az
xəbər verir ki, səfər çərçivəsində dövlət başçısı kral XVI Karl Qustav, baş nazir Ulf Kristersson, parlamentin sədri Andreas Norlen və parlament partiyalarının sədrləri ilə görüşəcək.

Qeyd edək ki, bundan əvvəl Zelenski teleqram kanalında müraciəti zamanı gələn həftə “Ukrayna üçün vacib” tədbirlərin qəbul ediləcəyini açıqlamışdı.

Onun sözlərinə görə, tədbirlər Aİ ilə birgə hazırlanır.

Aynurə