PKK-nı bu üç ölkə maliyyələşdirir: TERRORÇU DETALLARI AÇDI
    • 19-08-2023, 15:15
    • 351

PKK-nı bu üç ölkə maliyyələşdirir: TERRORÇU DETALLARI AÇDI

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Silahlı Qüvvələrinin davam edən əməliyyatları nəticəsində PKK terror təşkilatının fəaliyyət dairəsi daralıb.
 
News24.az xəbər verir ki, bir müddət əvvəl təşkilatdan qaçaraq Türkiyənin təhlükəsizlik orqanlarına təslim olan “Kurtay” ləqəbli terrorçu T.A. PKK haqda ilginc məlumat verib.

T.A. ABŞ, İngiltərə və Fransanın terror təşkilatına kəşfiyyat, maliyyə və hərbi dəstək verdiyini iddia edib. Bu ölkələrin regionda PKK ilə iç-içə fəaliyyət göstərdiklərini deyən T.A. sözügedən ölkələrin bölgədəki bölmələrinin 6 aydan bir dəyişdiyini bildirib.

“İndi hətta təşkilatın daxili işlərinə qarışırlar. Məsələn, təşkilat öz daxilində tənzimləmə aparır. Bu ölkələrin bölmələri təşkilat üzvlərindən hansının nə işlə məşğul olacağına, hara təyin ediləcəyinə müdaxilə etməyə başlayır. Təşkilat tamamilə onların nəzarətindəymiş kimi davranır”, - terrorçu söyləyib.

Ayşən