Xalq artisti vəfat etdi
    • 19-08-2023, 17:19
    • 612

Xalq artisti vəfat etdi

Rusiyanın Xalq artisti İqor Yasuloviç 82 yaşında vəfat edib.

News24.az xəbər verir ki, bu barədə “Novıe İzvestiya” qəzeti məlumat yayıb.

İyulun ortalarında xərçənglə mübarizə aparan aktyor xəstəxanaya yerləşdirilib və iki kiçik əməliyyat keçirib. Bir müddət sonra yaşlı sənətkarın vəziyyəti stabilləşib və avqustun 11-də evə buraxılıb.

Dünən gecə Yasuloviç şiddətli ağrılar səbəbindən yenidən xəstəxanaya yerləşdirilən aktyor orada  dünyasını dəyişib. 

Qeyd edək ki, İqor Yasuloviç "Almaz qol", "On iki stul"  filmlərindəki rolları ilə tanınır.
Günəş Mərd