Babək Ələkbərov və Zaur Zeynalova general rütbələri TƏQDİM EDİLDİ
    • 19-08-2023, 19:30
    • 330

Babək Ələkbərov və Zaur Zeynalova general rütbələri TƏQDİM EDİLDİ

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin polkovnikləri Babək Ələkbərov və Zaur Zeynalova “general-mayor” ali hərbi rütbəsi verilib.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Xidmət rəisi general-polkovnik Elçin Quliyev B.Ələkbərov və Z.Zeynalovla görüşüb, rütbələrini təqdim edib.

Qeyd edək ki, avqustun 18-i Sərhəd mühafizəsi orqanlarının yaranması günüdür.

Prezident İlham Əliyevin sərəncamı ilə Xidmətin bir qrup hərbçisi təltif edilib. General rütbəsi verilənlər-Babək Ələkbərov Vətən Müharibəsi qəhrəmanıdır. O, DSX-nin Çevik Hərəkət Qüvvələrinin komandanıdır. Birinci Qarabağ müharibəsi, həmçinin Vətən Müharibəsi iştirakçısı Zaur Zeynalov isə DSX-də Baş İdarə rəisidir.