Türkiyə hərbçiləri iki terrorçunu zərərsizləşdirdi
    • 20-08-2023, 14:36
    • 67

Türkiyə hərbçiləri iki terrorçunu zərərsizləşdirdi

Suriyanın şimalındakı “Sülh çeşməsi” bölgəsinə hücuma hazırlaşan 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Qəhrəman Türk Silahlı Qüvvələri Suriyanın şimalında “Sülh çeşməsi” bölgəsinə hücuma hazırlaşmaqda olan 2 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, -deyə məlumatda qeyd edilib.