Futbol azarkeşlərini aparan avtobus aşdı - 7 nəfər öldü
    • 20-08-2023, 20:51
    • 106

Futbol azarkeşlərini aparan avtobus aşdı - 7 nəfər öldü

Braziliyanın “Korintians” futbol klubunun azarkeşlərini aparan avtobusun qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 36 nəfər yaralanıb.

News24.az xəbər verir ki, qəza Brumadinyo şəhəri yaxınlığındakı yolun dağlıq hissəsində, San-Paulu klubunun azarkeşləri komandalarının "Kruzeyro" ilə səfər oyunundan qayıdarkən baş verib.

İlkin məlumata görə, qəzanın səbəbi avtobusun əyləcinin sıradan çıxması olub./AZƏRTAC/