Turistləri daşıyan avtobus qəzaya uğradı - 44 nəfər yaralandı
    • 16-12-2018, 13:02
    • 1 414

Turistləri daşıyan avtobus qəzaya uğradı - 44 nəfər yaralandı

İsveçrənin Cenevrə şəhərindən Almaniyanın Düsseldorf şəhəri istiqamətində hərəkətdə olan avtobus qəzaya uğrayıb.

Avtobusun divara çırpılması nəticəsində 44 nəfər yaralanıb.

Məlumata görə, onların arasında 10 rus turist olub.

Yaralılar xəstəxanalara yerləşdiriliblər.

Qəzanın səbəbi araşdırılır.

//Qafqazinfo.az