10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
10 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.
DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, martın 7-də bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində çəkisi 10 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 9 kiloqram marixuana və 1 kiloqrama yaxın heroin götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
23:54
22:26