Əməkdar artist ƏSƏBLƏŞDİ: “Bu, kənardan çox pis görünür”
    • 21-08-2023, 18:11
    • 412

Əməkdar artist ƏSƏBLƏŞDİ: “Bu, kənardan çox pis görünür”

“Fərqi yoxdur, istər sənət adamı olsun, istərsə də sıradan hansısa bir adam, istəmir yaşlı görünsün”.

News24.az  Yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni, Əməkdar artist Almaz Orucova deyib.

Sənətçi müxtəlif estetik prosedurlar etdirərək yaşından cavan görünmək istəyən sənət adamlarından danışıb:

“İstər xanımlar, istərsə də kişilər müəyyən estetik prosedurlar etdirirlər ki, yaşlarından cavan görünsünlər. Fərqi yoxdur, istər sənət adamı olsun, istərsə də sıradan hansısa bir adam. Yaşlı görünmək istəmirlər. Hətta davranışları ilə özlərini uşaq kimi göstərən insanlar da var. İnanın ki, bu da kənardan çox pis görünür. Bu, geyim və davranışlara da aiddir. Baxırsan bəlli yaşı var. Amma həm yaşına uyğun geyinmir, həm də yaşına uyğun hərəkət etmir. Zövq ala bilmirsən elə insanlardan. Ən yaxşısı, elə öz yaşını göstərməkdir. Özünü uşaqlaşdırmaqla deyil. Sənin elə uşaqlıqdan da ağlın olmayıb demək”.

O bu sözləri “Gündən günə” verilişində deyib.