Nazpəri Dostəliyeva:
    • 29-05-2019, 13:53
    • 1 718

Nazpəri Dostəliyeva: "Metro sənət adamları üçün deyil" - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva ARB TV-də yayımlanan "Səhər səhər" verilişində maraqlı açıqlama edib. 

News24.az xəbər verir ki, ifaçı proqramda sənətçilərin ictimai nəqliyyatdan istifadəsinin düzgün olmadığını bildirib: "İnanın mənə metro sənət adamları üçün deyil. Studiada, Universitetdə və s. çəkdiyimiz əzablar üstə gəl avtobos və metro..."

N.Dostəliyevanın sözlərinin düzgün anlaşılmayacağını düşünən xalq artisti Nurəddin Mehdixanlı söhbətə müdaxilə edərək "Metro məsələsini deyərkən oradan istifadə edənlərlə bizim aramızda hər hansısa bir fərqin olduğunu demək istəmir. Sadəcə olaraq sənət adamı üçün orada narahatçılıq yaranır. Həm də sənət adamı az görünsə yaxşıdır. Çünki tamaşaçılar onun üçün darıxır" sözlərini deyib.