Tacir Şahmalıoğlu Fədayədən DANIŞDI:
    • 21-08-2023, 19:52
    • 320

Tacir Şahmalıoğlu Fədayədən DANIŞDI: "Nə ər-arvad?"

"Fədayə ilə aramda elə münasibət olmayıb və tarix boyu da ola bilməz. Tacirin bir arvadı var, o da başımın tacı, evimin şahıdır".

News24.az  xəbər verir ki, bunu Qaynarinfo-ya müğənni Tacir Şahmalıoğlu ona efirdə ünvanlanan "Fədayə Laçınla aranızda ər-arvad münasibəti olub" sualı ətrafında yaranan qalmaqaldan danışarkən deyib. 

Sənətçi Fədayə Laçınla tərəf müqabili olduqlarını qeyd edib:

"Nə ər-arvad? Bir də onun verilişinə getmərəm. Biz ayın 30 günü toyda olurduq. Ailəm-uşağım var, bunu hamı bilir. Dedim onun anası gözəl insandır. Həm anasına, həm də Fədayəyə böyük hörmətim var. Çox şey deyə bilərlər, nəsə qalmaqal etmək istədilər, alınmadı. Fədayə mənim dostum olub, pul qazanmışıq. O, sonra toylara tək getmək istədi, dedim yolun açıq olsun. İndi də öz işində-gücündədir”.

Tacir Şahmalıoğlu baş verən məsələlərdə Fədayə Laçının baçısı İlahə Fədanı ittiham edib:

"İlhahə mənim haqqımda bir az aqresiv fikirlərdədir. O da alınası deyil, hamı bilir ki, Tacir Şahmalıoğlu kimdir? Fədayə gözəl oxuyandır, səsimiz onunla uzlaşırdı, vəhdət təşkil edirdi, bu üzdən duetlərimiz gözəl alınırdı".

Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu "Xoş gəldim" verilişində qonaq olub. Aparıcı Amil Xəlil ona verilişdə "Fədayə Laçınla aranızda ər-arvad münasibəti olub" sualı ünvanlayıb.