ANAMA tərəfindən maarifləndirmə təlimi təşkil edildi
    • 21-08-2023, 20:44
    • 110

ANAMA tərəfindən maarifləndirmə təlimi təşkil edildi

Keçmiş məcburi köçkünlərin Füzuli şəhərinə qayıdışı çərçivəsində ilk mərhələdə köç edən 23 ailəyə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Partlayıcı Sursatların Təhlükəsinə dair maarifləndirmə təlimləri keçirilib.

ANAMA-dan News24.az-a bildirilib ki, ümumilikdə 90-dan çox sakinin iştirak etdiyi təlimdə iştirakçılara şübhəli ərazilərin əlamətləri, təhlükəli ərazilərdə davranış qaydaları, xəbərdarlıq nişanları barədə məlumat verilib. Həmçinin sakinlərə nizam-intizamlı, məsuliyyətli və sayıq davranmağa, təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa, eləcə də şübhəli əşyalara toxunmamağa dair çağırış edilib.

Təlimlər zamanı iştirakçılara xəbərdaredici və maarifləndirici qaydalar, eləcə də müxtəlif növ mina təhlükəsini əks etdirən çap materialları paylanılıb.