"Whatsapp"da yeni funksiya
    • 22-08-2023, 10:52
    • 80

"Whatsapp"da yeni funksiya

“WhatsApp”ın yeni funksiyası istifadəyə verilib.

News24.az xəbər verir ki, yeni funksiya istifadəçilərə bir dəqiqəyə qədər qısa video mesajlar mübadiləsi etməyə imkan verəcək.

Video yazını başlatmaq üçün mikrofonun təsviri olan düyməni basıb saxlamaq və görünən menyuda video rejimini seçmək lazımdır.

Daha bir yeni xüsusiyyət videozəng zamanı ekranı paylaşmaq imkanıdır. İndi istifadəçilər öz iş masası şəklini bir-birlərinə videoçatlarda yayımlaya bilərlər.

Bildirilir ki, bu rejim müxtəlif iş və məişət tapşırıqlarının birgə həlli üçün əlverişlidir. 

Qeyd edək ki, "WhatsApp"ın yeni funksiyalarına çıxış əldə etmək üçün messencerin  23.16.78 nömrəli versiyasını yükləmək lazımdır. Bəzi istifadəçilər üçün seçimlər dərhal deyil, yeniləməni quraşdırdıqdan bir müddət sonra görünə bilər.

Qumral