"Whatsapp" da yenilik! Sizdən icazəsiz qrup çatlarına əlavə edə bilməyəcəklər
    • 23-10-2019, 23:59
    • 1 110

"Whatsapp" da yenilik! Sizdən icazəsiz qrup çatlarına əlavə edə bilməyəcəklər

“WhatsApp” messencerində tətbiq ediləcək yeni funksiya qrup çatlarına istifadəçiləri əlavə etmək hüququna malik şəxslərin siyahısını məhdudlaşdırmağa imkan verir.

News24.az “ICTnews”a istinadən xəbər verir ki, bu funksiya sayəsində messencer istifadəçisi onu müzakirələrə dəvət edəcək şəxsi seçmək imkanı əldə edəcək: bütün istifadəçilər, yalnız qeyd kitabçasındakı insanlar və yaxud heç kim.

Bundan başqa, bəzi hesabları qara siyahıya daxil etmək mümkündür.

Yeni funksiya messencerin “iOS” üçün 2.19.110.20 və “Android” üçün 2.19.298 beta versiyalarında əlçatandır.

Funksiyaya giriş üçün “WhatsApp” messencerində sazlamalara daxil olmaq, hesabın idarəetməsinə keçmək, "təhlükəsizlik" bölməsini seçmək lazımdır.