Keçmiş sədrə Mərkəzi Bankda vəzifə VERİLDİ
    • 22-08-2023, 12:27
    • 177

Keçmiş sədrə Mərkəzi Bankda vəzifə VERİLDİ

Azərbaycan Mərkəzi Bankının (AMB) Nağd pul departamentinə yeni direktor təyin edilib.

News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifə Adışirin Qasımova həvalə olunub. O, bu ilin may ayına qədər Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədri olub və yeni vəzifəsində Elşən Mahmudovu əvəz edib.