Bakıda 14 ünvanda keçirilən yarmarkalarda iştirak pulsuzdur
    • 9-03-2019, 11:29
    • 829

Bakıda 14 ünvanda keçirilən yarmarkalarda iştirak pulsuzdur

“Prezident İlham Əliyevin tapşırığı əsasında paytaxtın 14 ünvanında keçirilirən kənd təsərrüfatı yarmarkalarında iştirak pulsuzdur" 

News24.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Aqil Quliyev deyib. Onun sözlərinə görə, yarmarkaların keçirilməsində məqsəd Novruz bayramı ərəfəsində məhsul bolluğu yaratmaq, süni qiymət artımının qarşısını almaqdır.

Qiymətlərin ucuz olmasına səbəb fermerlərin öz məhsullarını vasitəçilər olmadan birbaşa satışa çıxarmasıdır”. Aqil Quliyev qeyd edib ki, yarmarkalardakı məhsulların qiymətləri bazardakı qiymətlərdən xeyli aşağıdır”. Qeyd edək ki, yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin, yerli rayon icra hakimiyyəti strukturlarının və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşlığı çərçivəsində təşkil olunur.

Bakıda 14 ünvanda keçirilən yarmarkalarda iştirak pulsuzdur