Zaur Süleymanov həyat yoldaşını qətlə yetirdi - Məhkəmə işi
    • 22-08-2023, 16:15
    • 135

Zaur Süleymanov həyat yoldaşını qətlə yetirdi - Məhkəmə işi

2022-ci ilin dekabrın 14-də Gəncə şəhər sakini 1980-ci il təvəllüdlü Aytən Süleymanovanın çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri alması faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

News24.az xəbər verir ki, istintaqla Zaur Süleymanovun birgə yaşadıqları evdə arvadı Aytən Süleymanovaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirməklə onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Toplanmış sübutlar əsasında Zaur Süleymanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.