-
- 29-03-2022, 11:24
- 632
Cəlilabadda qonşusunu öldürmək istəyən şəxsin məhkəməsi başlayır
Cəlilabadda qonşusunu öldürmək istəyən şəxsin məhkəməsi başlayır.
Bu barədə News24.az-a rayon prokurorluğundan məlumat verilib.
Qeyd olunub ki, ötən ilin noyabrın 18-də Cəlilabad rayonu Sabirabad kənd sakini Samir Nuriyevin kəsilmiş-deşilmiş xəsarətləri alması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Aparılan istintaq zamanı müəyyən edilib ki, zərərçəkmişin qonşusu alkoqol sərxoşluğu halında olan Yaşar Əmənov heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla Samir Nuriyevə xüsusi amansızlıqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.
Yaşar Əmənova Cinayət Məcəlləsinin 29, 120.2.2 və 29, 120.2.4 (xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.