Rusiya bu şərtlə “Taxıl sazişi”nə qayıda bilər - Putin
    • 22-08-2023, 21:48
    • 134

Rusiya bu şərtlə “Taxıl sazişi”nə qayıda bilər - Putin

Rusiya "Taxıl sazişi"nə qayıtmağa hazırdır, bu şərtlə ki, ölkə qarşısında bütün öhdəliklər yerinə yetirilsin.

News24.az TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bu fikri BRİKS sammitində çıxışı zamanı deyib. 

"İyulun 18-dən biz sövdələşmənin müddətini daha da uzatmaqdan imtina etdik və qayıtmağa hazır olacağıq. Lakin Rusiya tərəfi qarşısında bütün öhdəliklərin faktiki yerinə yetirildiyi halda".

Putin Rusiyanın xaricə taxıl və gübrə tədarükünə qəsdən əngəl törədildiyini vurğulayıb. Rusiya lideri bildirib ki, bu söhbətlər əvvəlcə qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi, aclıq təhlükəsinin azaldılması və ən yoxsul ölkələrə kömək məqsədi daşıyan taxıl sazişinin həyata keçirilməsində özünü göstərib.

“Biz dəfələrlə ona diqqət çəkmişik ki, il ərzində Ukrayna ilə müqavilə çərçivəsində ümumilikdə 32,8 milyon ton yük ixrac edilib ki, bunun da 70%-dən çoxu yüksək və yuxarı orta gəlir səviyyəsi olan ölkələrə gedib. Yalnız təxminən 3%-i ən az inkişaf etmiş ölkələrə gedib, yəni 1 milyon tondan azı".

Rusiya prezidenti bəyan edib ki, Rusiyadan dünya bazarlarına taxıl və gübrə ixracından sanksiyaların götürülməsi ilə bağlı sazişin heç bir şərti yerinə yetirilməyib.

Günəş Mərd