-
- 24-07-2023, 17:42
- 262
BMT-dən taxıl sazişi ilə bağlı kritik çağırış
BMT-nin baş katibi Antonio Quterreş Romada keçirilən Ərzaq Sistemləri Sammiti zamanı dünya ictimaiyyətini taxıl sazişinin həlli üçün bir araya gəlməyə çağırıb.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Baş katibin sözlərinə görə, o, Rusiya Federasiyası və Ukraynadan gələn ərzaq və gübrələrin dünya bazarlarına çıxışını asanlaşdırmaq və ərzaq təhlükəsizliyini təmin etmək öhdəliyinə sadiq qalır.
“Mən qlobal ictimaiyyəti bu kritik sahədə təcili həll yolları tapmaq və bu səslərin eşidilməsini təmin etmək üçün bir araya gəlməyə çağırıram”, - Quterreş bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukraynanın taxıl müqaviləsi çərçivəsində ixrac etdiyi malların 70%-nin zəngin ölkələrə getdiyini bildirmişdi. Putinin sözlərinə görə, təxminən bir il ərzində Ukrayna taxıl müqaviləsi çərçivəsində 32,8 milyon ton yük ixrac edib. O qeyd edib ki, onların 70%-i yüksək və orta gəlir səviyyəsinə malik ölkələrə, o cümlədən Avropa İttifaqına gəlib.
Akqabay