Quranı yandırmaq üçün polisə - 12 yeni müraciət daxil oldu
Hadisə
İsveçdə Quranın yandırılması ilə bağlı aksiyaların təşkilatçısı, miqrant Salvan Momika üç şəhərdə belə tədbirlərin keçirilməsi üçün ölkənin hakimiyyət orqanlarına 12 yeni ərizə göndərib.
News24.az xarici mediaya istinadən xəbər verir ki, məlumata əsasən, S.Momika qarşıdakı üç həftə ərzində Stokholm Malmö və Örebroda kimi müxtəlif yerlərdə Quranın yandırılması üçün 12 yeni ərizə təqdim edib.
Müvafiq ərizələrin baxılmaq üçün avqustun 21-i göndərildiyi, lakin hələ də təsdiq olunmadığı bildirilir.
Günəş Mərd